Komitə sədri Dünya Bankının Azərbaycan üzrə ölkə menecerini qəbul edib
6 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Guliyev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stalmaysterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı paytaxt Bakının Baş Planı və şəhərin dayanıqlı inkişaf istiqamətləri, habelə Azərbaycanda "Yaşıl və Dayanıqlı Şəhər" konsepsiyası çərçivəsində birgə layihələrin perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər