Komitə sədri Malayziyanın Mənzil təminatı və yerli hökumət naziri ilə görüşüb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 21 noyabr 2024-cü il tarixində Malayziyanın Mənzil təminatı və yerli hökumət naziri Nqa Kor Minq ilə məhsuldar görüş keçirib.
Görüş zamanı şəhərsalma, infrastruktur və yerli idarəetmə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparılıb. Aparılacaq təcrübə mübadiləsi sayəsində bu sahələrdə daha effektiv iş və şəhərlərimizin davamlı inkişafı üçün birgə layihələr həyata keçirmək üçün imkanlar müzakirə edilib.
Anar Quliyev bu əməkdaşlığın Azərbaycanın və Malayziyanın urbanizasiya sahəsində daha böyük uğurlarına və hər ölkədə həyat keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəyini qeyd edib.
Bütün xəbərlər