Komitə sədri Tovuz şəhərində vətəndaş qəbulu keçirib
10 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Tovuz, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub və abidənin önünə gül dəstələri qoyularaq, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, tikinti məqsədli müraciətlər təhlil edilib, şəhərsalma və torpaq qanunvericiliyinin tələbləri, layihələndirmə norma və qaydalarına dair geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər