Komitə sədri WUF12-də Mərakeş Krallığının nümayəndə heyətinin rəhbəri, Milli ərazi planlaşdırılması, şəhərsalma, mənzil təminatı və şəhər siyasəti nazirliyinin dövlət katibi ilə görüşüb
Komitə sədri Anar Quliyev WUF12 çərçivəsində Mərakeş Krallığının nümayəndə heyətinin rəhbəri, Milli ərazi planlaşdırılması, şəhərsalma, mənzil təminatı və şəhər siyasəti nazirliyinin dövlət katibi Adib Benbrahimlə görüşüb.
Görüş zamanı ölkələr arasında daha effektiv əməkdaşlıq qurmaq üçün müştərək layihələrin həyata keçirilməsi perspektivləri müzakirə edilib.
Həmçinin Adib Benbrahim 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etməyə dəvət olunub.
Bütün xəbərlər