Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Gəncə şəhərinin Baş planının layihəsinin tərtibi” işlərinin satın alınması məqsədilə 21.11.2019-cu il tarixində keçirilmiş açıq tender prosedurunun nəticəsinə əsasən “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun rəhbərlik etdiyi konsorsium qalib müəyyən edilmiş və həmin təşkilat ilə 18.12.2019-cu il tarixində 4 216 000,0 (dörd milyon iki yüz on altı min) manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.