Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 02.04.2021-ci il tarixində keçirilmiş təkliflər sorğusunda aşağıdakı təşkilatlar qalib müəyyən edilmişdir:

 

Lot 1 – “Düşmən təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir-bərpa və tikintisi” işlərinin satın alınması üzrə 4 894 475,15 manat məbləğində tender təklifi vermiş Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 2/1 ünvanında qeydiyyatda olan “CONCO” Qapalı Səhmdar Cəmiyyəti;

Lot 2 – “Düşmən təcavüzü nəticəsində Ağdam, Bərdə və Mingəçevir şəhər və rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir-bərpa və tikintisi” işlərinin satın alınması üzrə 4 579 410,05 manat məbləğində tender təklifi vermiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 227C ünvanında qeydiyyatda olan “RABİTƏİNŞAAT” Açıq Səhmdar Cəmiyyəti;

Lot 3 – “Düşmən təcavüzü nəticəsində Ağcabədi, Goranboy, Naftalan və Beyləqan şəhər və rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir-bərpa və tikintisi” işlərinin satın alınması üzrə 2 115 941,66 manat məbləğində tender təklifi vermiş İsmayıllı rayonu, Xənayə kəndində qeydiyyatda olan “PARLAQ-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı filialı;

Lot 4 – “Düşmən təcavüzü nəticəsində Füzuli, Cəbrayıl və Tərtər (1-ci hissə)  rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir-bərpa və tikintisi” işlərinin satın alınması üzrə 3 387 525,33 manat məbləğində tender təklifi vermiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 106 ünvanında qeydiyyatda olan AZ GRAFT Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti;

Lot 5 – “Düşmən təcavüzü nəticəsində Tərtər (2-ci hissə) rayonunda dağıdılmış qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir-bərpa və tikintisi” işlərinin satın alınması üzrə 5 671 057,17 manat məbləğində tender təklifi vermiş Ağdam rayonu, Quzanlı qəsəbəsi, ev 100 ünvanında qeydiyyatda olan “Real-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyd olunan qalib təşkilatlarla satınalma müqaviləsi imzalanmışdır.

 

Tender komissiyası