Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev mart ayının 10-da Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493 34 67,  (+994 12) 595 13 50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar  “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq  qəbula yazıla bilərlər.