Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 30 yanvar 2024-cü il tarixində Göyçay, Kürdəmir, Ucar, Zərdab və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 597 00 47, (+994 12) 595 13 50 (daxili 598,599) nömrəli telefonları, sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.
Ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 98 (Heydər Əliyev Mərkəzi)
Keçirilmə vaxtı: saat 10:00