Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Sumqayıt şəhərinin qüvvədə olan baş planında dəyişikliklərin edilməsi” və “Tovuz şəhərinin qüvvədə olan baş planında dəyişikliklərin edilməsi” işlərinin satın alınması məqsədilə elektron satınalma vasitəsilə açıq tender keçirilir. Tenderdə iştirak etmək istəyənlər dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) dərc edilmiş müvafiq olaraq 65393 və 65400 və nömrəli müsabiqələrdən qeydiyyatdan keçməklə öz tender təkliflərini təqdim edə bilərlər.