Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun 26 avqust saat 15:00-da növbəti onlayn iclası keçiriləcək. İclasda “Tikintiyə icazələrin verilməsi işçi qrupu”nun 2022-ci ilin fəaliyyət planının cari ilin yanvar-iyun ayları ərzində icrası ilə bağlı görülmüş işlər barədə məlumat veriləcək, qarşıda duran vəzifələr müzakirə ediləcək.
Ətraflı məlumat üçün keçid: “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun iclası (azranking.az).