Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsinə istinad olaraq aşağıdakılar tikinti layihəsinə daxildir.
- Mühəndis axtarış işləri;
- Tikinti ərazisinin baş planı;
- Memarlıq planlaşdırma və konstruksiya bölməsi;
- Mühəndiskommunikasıya təminatı bölməsi;
- Texnologiya bölməsi (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda);
- Ekologiya bölməsi (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda);
- Tikinti işlərinin təşkili bölməsi;
- Smeta bölməsi (tikintisi dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlər üçün).