Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2-ci maddəsinə istinad olaraq, sifarişçi tikintiyə icazə almaq üçün Bakı şəhər inzibati ərazisində olduqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhər və rayonlarda olduqda yerli icra orqanına müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur.

  • Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;

  • Tikinti layihəsi;

  • Sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti.