Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

İlqar Aydın oğlu İsbatov 

Doğulduğu tarix və yer: 04.09.1964, Bakı şəhəri

 

Təhsili: 1981-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunun Memarlıq fakültəsinə daxil olmuş, 1984-cü ildə təhsilini Moskva Memarlıq İnstitutunun şəhərsalma fakültəsində davam etdirmişdir. 1987-ci ildə Moskva Memarlıq İnstitutunu memarlıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Memarlıq üzrə fəlsəfə doktorudur.

 

Əmək fəaliyyəti: 

 

1987-ci ildə Bakı Dövlət Layihə İnstitutunun Baş plan emalatxanasında əmək fəaliyyətinə başlamışdır. 1987-1998-ci illərdə Bakı Dövlət Layihə İnstitutunda memar və aparıcı memar vəzifələrində, 1998-2002-ci illərdə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda qrup rəhbəri və layihənin baş memarı vəzifələrində, 2002-2008-ci illərdə “Feniks-AA” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışmışdır.

 

2008-ci il etibarən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışıb.

 

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə İlqar Aydın oğlu İsbatov Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

 

İlqar İsbatov Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə “Əməkdar Memar” fəxri ada layiq görülmüş, 18 dekabr 2017-ci il tarixli Sərəncamı ilə “Şöhrət ordeni” ilə təltif edilmişdir.