Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Anar Quliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxış edib
Anar Quliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxış edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yeni investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhərsalma” adlı panel müzakirəsinin açılışında əsas məruzəçi qismində çıxış edib.

 

Çıxışında o Bakıda, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələrin Azərbaycanın yeni investisiya coğrafiyasını formalaşdıraraq beynəlxalq kapitalın cəlb edilməsi və strateji tərəfdaşlığın inkişafı üçün geniş perspektivlər açdığını qeyd edib.

 

Anar Quliyev, həmçinin müasir şəhərlərin dayanıqlı inkişafında strateji ərazi planlaşdırılması, investisiyalar və beynəlxalq təcrübə arasında sinerjinin əhəmiyyətini vurğulayıb.



Bütün xəbərlər