![Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib](http://arxkom.gov.az/storage/uploads/news/349_news_6683b51e8cfe2.webp)
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Tədbirdə 2019-2024-cü illəri əhatə edən dövrdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, habelə tabeliyində olan qurumlarda ittifaqa üzv olan əməkdaşların sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsi, sağlamlığının qorunması və istirahətinin təşkilinə yönələn işlərdən ətraflı bəhs edilib.
Konfransın yekununda BHİK-in yeni tərkibi formalaşdırılıb və Gülbəniz Əliyevanın namizədliyi irəli sürülərək yekdilliklə yenidən sədr seçilib.