Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramı Assambleyasının ikinci sessiyasında iştirak edir
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Keniyanın paytaxtı Nayrobi şəhərindəki baş qərargahında keçirilən ikinci sessiyasında iştirak edir.
İyunun 5-dən 9-dək davam edəcək Sessiyanın əsas mövzusu “İnklüziv və effektiv çoxtərəfli yanaşma vasitəsilə davamlı şəhər gələcəyi: qlobal böhranlar şəraitində davamlı inkişaf məqsədlərinə nail olmaq”dır.