Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Azərbaycan və Belarus arasında şəhərsalma və memarlıq sahəsində əməkdaşlığın növbəti mərhələsi
Azərbaycan və Belarus arasında şəhərsalma və memarlıq sahəsində əməkdaşlığın növbəti mərhələsi
Azərbaycan və Belarus arasında şəhərsalma və memarlıq sahəsində əməkdaşlığın növbəti mərhələsi

15 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə "Qırmızı Əmək Bayrağı Ordeni “Belqosproyekt İnstitutu" Açıq Səhmdar Cəmiyyəti arasında "Əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında" Memorandum imzalanıb. Sənədi “Azərmemarlayihə” DBLİ-nin direktoru C.Məmmədrzayev və “Belqosproyekt İnstitutu” ASC-nin baş memarı V.Skrobot imzalayıblar.

 

Memorandumla tərəflər arasında obyektlərin layihələndirilməsinə yönəlmiş tərəfdaşlığın qurulması və uzunmüddətli faydalı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur. Sənədə əsasən, tərəflər müxtəlif təyinatlı obyektlər üçün konsepsiya və eskiz layihələrinin işlənməsi, hər iki ölkə ərazisindəki obyektlərin layihələndirilməsi, memarlıq və şəhərsalma sahəsində biznes və sosial layihələrin təşviqi, BİM texnologiyalarının tətbiqində təcrübə mübadiləsi, həmçinin mütəxəssislərin hazırlanması məqsədilə təlimlərin keçirilməsi və s. istiqamətlərdə razılığa gəliblər.

 

Qeyd edək ki, bu, Azərbaycanla Belarus arasında şəhərsalma sahəsində imzalanan ikinci memorandumdur. Sənədin imzalanmasında məqsəd hər iki ölkədə şəhərsalma və memarlıq sahəsinin inkişafına töhfə verməklə qarşılıqlı əməkdaşlığı daha da genişləndirməkdir.

 

 

 



Bütün xəbərlər