Azərbaycanda 11-17 may tarixlərində “Bakı Şəhərsalma Həftəsi” (Baku Urban Week) keçirilir
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü ilə keçirilən Azərbaycan Şəhərsalma Kampaniyasının kulminasiya mərhələsi olan və 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində təşkil edilən bu həftə çərçivəsində şəhərsalma, memarlıq, mədəni irsin qorunması və dayanıqlı inkişaf mövzularına həsr olunmuş 50-dən çox tədbir baş tutacaq.
Forumlar, sərgilər, panel müzakirələri və ictimai təşəbbüsləri əhatə edən proqram müxtəlif sahələr üzrə mütəxəssisləri, gəncləri, şəhər sakinlərini və beynəlxalq qonaqları bir araya gətirəcək.
📍11 may tarixində keçiriləcək tədbirlərlə tanış olun!
Ətraflı məlumat: https://wuf13.az/.../ishtirakci.../baki-shehersalma-heftesi/