Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Bu gün öz işinə başlayan COP29-da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəs...
Bu gün öz işinə başlayan COP29-da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fəal iştirak edir
Bu gün öz işinə başlayan COP29-da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fəal iştirak edir

İlk layihələrdən biri olaraq, İtaliyanın Ekologiya və Enerji Təhlükəsizliyi Nazirliyi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü ilə Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) Lokalizasiyası üzrə Tərəfdaşlıq Platformasının təqdimatı keçirilib. Layihənin məqsədi iqlim tədbirlərinin sürətləndirilməsi və SDG13: iqlim dəyişiklikləri ilə mübarizə məqsədinə nail olmaq üçün çoxsəviyyəli idarəetmənin dəstəklənməsidir.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Gülşən Rzayeva tədbirin panel müzakirələrində iştirak edib. O bildirib ki, Komitə aktiv şəkildə COP və WUF arasında sinerji yaradaraq, şəhərlərin dayanıqlı inkişafını dəstəkləyən həllərin tətbiqini sürətləndirir. Bu isə bilik mübadiləsini və təcrübə paylaşımını gücləndirərək, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə əlverişli şərait yaradır.



Bütün xəbərlər