Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Komitəsində gənclərə şəhərsalma və memarlıq sahəsinin incəlikləri aşılanır
Dövlət Komitəsində gənclərə şəhərsalma və memarlıq sahəsinin incəlikləri aşılanır

Gənclərlə iş dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də daima bu məsələni diqqətdə saxlayır, mütəmadi olaraq bu istiqamətdə tədbirlər həyata keçirir.

4 aprel 2019-cu il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Şəhərin gələcəyini birlikdə yaradaq” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup aktiv tələbələri ilə görüş keçirilib. Tədbirin məqsədi gənclərin mənəvi inkişafı və maarifləndirilməsi, məşğulluq strategiyasına uyğun olaraq sosial fəallığının artırılması, istedadlı və yaradıcı gənclərin aşkar edilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi və təhsil aldıqları ixtisaslara uyğun olaraq müvafiq vakansiyalar üzrə dövlət qulluğuna cəlb olunmasına, ixtisaslaşmış kadrlar və layiqli vətəndaşlar kimi yetişməsinə yardım etmək, şərait yaratmaqdır.

Görüş zamanı Komitənin səlahiyyətli nümayəndələri tərəfindən gələcəyin şəhərsalma və memarlıq sahələri üzrə mütəxəssislərinə çevrilə biləcək tələbələrə ölkəmizin tikinti sektoru və komitənin bu sahədə rolundan, əsas fəaliyyət istiqamətlərindən ətraflı məlumat təqdim edildi.

Mövzuya dair çıxış və müzakirələri xüsusi maraqla qarşılayan gənclərə, həmçinin, komitənin müvafiq şöbələrinin işi ilə də əyani şəkildə tanış olmaq, suallarına aydınlıq gətirmək imkanı yaradıldı.



Bütün xəbərlər