Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarından “Yaşat” Fonduna ianə edildi
Torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda Vətən müharibəsində şücaətlə iştirak etmiş qəhrəmanlarımız və onların ailələri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları da ölkəmizin ərazi bütövlüyü uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək olaraq “YAŞAT” Fonduna 200 min manat məbləğində ianə etmişdir.