Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  Zaqatala şəhərində vətəndaşlarla görüşüb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Zaqatala şəhərində vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu davam edir. Cari ayın cədvəlinə uyğun olaraq avqustun 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Zaqatala şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi hörmətlə yad edilib. Komitə sədri Anar Quliyev  Ulu öndərin ömür yolunu və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olub.

Şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində həll edilib, digərlərinin araşdırılması məqsədilə aidiyyəti üzrə yönləndirilib.

Sakinlər vətəndaşların bölgələrdə qəbulu ilə bağlı göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.



Bütün xəbərlər