Komitə əməkdaşları Bakı Marafonunda iştirak ediblər
5 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında 2016-cı ildən təşkil olunan Bakı Marafonunda iştirak ediblər.
Fəxr hissi ilə qeyd edək ki, Komitənin beş əməkdaşı - Aytən Rüstəmova, Əzizağa Quliyev, Fərid Cavadzadə, Aysel Kərimli, Zaur Əkbərov finiş xəttini keçən iştirakçılardan olublar!
Bütün iştirakçılarımızla qürur duyuruq!