Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Komitə gənc mütəxəssislərlə müzakirədə iştirak edib
Komitə gənc mütəxəssislərlə müzakirədə iştirak edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafi şöbəsinin müdir müavini Şahnaz Bədəlova mayın 14-də “CareerLAB” layihəsi çərçivəsində təşkil olunan "Gənc memarlar üçün karyera planlaması: mövcud imkanlar və çətinliklər" mövzusunda panel müzakirələrdə “Ətraf mühitin yaxşılaşdırılmasında şəhərsalma siyasətinin əhəmiyyəti" mövzusu ilə çıxış edib.

 

Komitənin nümayəndəsi sürətli urbanizasiya proseslərindən bəhs edib, gənclərin bu sahədə fəaliyyətlərinin stimullaşdırılması və uğurlu karyera qurmalarında dəstək imkanlarından danışıb.

 

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının tərəfdaşlığı ilə keçirilən tədbirdə məqsəd gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının və motivasiyasının artırılması, karyera quruculuğunda onlara dəstək göstərilməsidir.

 



Bütün xəbərlər