Komitə sədri Anar Quliyev Balakən şəhərində Qax, Qəbələ, Oğuz, Zaqatala, Balakən və Şəki rayonlarından olan sakinlərlə görüşüb
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
3 avqust 2024-cü il tarixində keçirilən qəbul zamanı torpaq münasibətləri, tikintiyə icazələrin verilməsi ilə bağlı suallar cavablandırılıb, Komitə tərəfindən yaradılan elektron icazə sisteminin üstünlükləri barədə vətəndaşlara ətraflı məlumat verilib.