Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Komitə sədri Anar Quliyev Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı...
Komitə sədri Anar Quliyev Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi qəbul edib
Komitə sədri Anar Quliyev Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi qəbul edib

Fevralın 8-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.

 

Görüş zamanı Komitə sədri ölkəmizdə şəhərsalma sahəsində son illər ərzində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) və 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna (WUF13) Azərbaycanın ev sahibliyi etməsi ölkəmizdə aparılan uğurlu dövlət siyasəti sayəsində beynəlxalq aləmdə ildən-ilə artan nüfuzun göstəricisidir.

 

Anar Quliyev 2024-cü ildə Qahirədə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF12) əhəmiyyətinə toxunaraq, tədbirin şəhərsalma məsələlərinin qlobal müzakirəsinə böyük töhfə verəcəyinə, həmçinin ölkəmizin bu tədbirdə fəal iştirak edəcəyinə əminliyini ifadə edib.

 

Səfir Azərbaycan Respublikası Prezidentinin seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi münasibətilə təbriklərini çatdıraraq, Azərbaycan dövlətinə və xalqına cənab Prezidentin rəhbərliyi altında bundan sonra da daimi inkişaf və rifah arzulayıb. Həmçinin Azərbaycanın “COP29” və “WUF13”ə ev sahibliyi etməsi ilə bağlı öz sevincini bildirib. O, 2022-ci ildə Misirdə keçirilmiş “COP27”nin, həmçinin builki “WUF12”nin təşkili ilə bağlı əldə etdikləri təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını vurğulayıb.

 

Görüşdə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf perspektivləri də müzakirə olunub. 



Bütün xəbərlər