Komitə sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu Astara şəhərində keçirib
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
29 mart 2024-cü il tarixində Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayon sakinləri ilə keçirilən görüşdə vətəndaşların əsasən torpaq və digər daşınmaz əmlak üzərində hüquq, tikintiyə və istismara icazə icraatı, habelə digər şəhərsalma prosedurları barədə sualları cavablandırılıb.
Qaldırılan məsələlərin əksəriyyəti yerində həll edilib, əlavə araşdırma tələb edən qismi ilə bağlı isə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.