Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Komitə sədri Anar Quliyev Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində UN-Habitat-ın icraçı direk...
Komitə sədri Anar Quliyev Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax ilə görüşüb
Komitə sədri Anar Quliyev Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində iyulun 15-də BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə görüşü keçirilib.

 

Görüşdə cari ilin may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) əldə olunan razılaşmaların davam etdirilməsi və Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın növbəti mərhələsi müzakirə olunub.

 

Bildirilib ki, Forum tarixinin ən genişmiqyaslı tədbiri olan WUF13 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirib və Azərbaycanın təşəbbüsü ilə bir sıra mühüm yeniliklərlə yadda qalıb. Xüsusilə, ilk dəfə təşkil olunan Liderlər Seqmenti dayanıqlı urbanizasiya məsələlərinin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsinə imkan yaradıb.

 

Tərəflər qeyd ediblər ki, WUF13 çərçivəsində qəbul olunan “Bakı Fəaliyyətə Çağırış”, “Sədrin Xülasəsi”, “Bakı Şəhərsalma Mükafatı” və yeni əməkdaşlıq platformaları gələcək tərəfdaşlıq üçün mühüm əsas yaradıb. Bu baxımdan, əldə olunmuş razılaşmaların icrası və birgə təşəbbüslərin növbəti mərhələsi üzrə fikir mübadiləsi aparılıb.



Bütün xəbərlər