Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • “Tikinti və istismara icazələrin verilməsi sahəsində xidmətlərin rəqəmsallaşdırılması” mövzusunda...
“Tikinti və istismara icazələrin verilməsi sahəsində xidmətlərin rəqəmsallaşdırılması” mövzusunda görüş keçirilib 
“Tikinti və istismara icazələrin verilməsi sahəsində xidmətlərin rəqəmsallaşdırılması” mövzusunda görüş keçirilib 

“Bir pəncərə” sisteminin funksionallığındakı yeniliklər əyani nümayiş olunub.

 

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Tikintiyə icazələrin verilməsi'' işçi qrupunun 2022-ci il üçün fəaliyyət planına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintiyə və istismara icazələrin verilməsi üzrə “Bir pəncərə” (www.birpencere.arxkom.gov.az ) elektron müraciət sisteminin üstünlükləri və əlavə edilmiş yeni funksiyalarla tanışlıq məqsədi ilə növbəti maarifləndirici görüş keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində  təşkil edilən görüşə tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin, layihə təşkilatlarının, hüquq şirkətlərinin nümayəndələri, biznes assosiyasiyalarının, ictimai birliklərin üzvləri və fərdi sahibkarlar, o cümlədən tikintiyə icazə icraatında iştirak edən aidiyyəti dövlət qurumlarının əməkdaşları qatılıb.

Tədbir iştirakçılarına işçi qrup tərəfindən bugünədək keçirilmiş iclasların nəticələri, görülmüş işlər barədə ətraflı məlumat verilib. “Bir pəncərə” sisteminin iş mexanizmi nümayiş olunub, istifadəçinin elektron kabineti vasitəsilə  test müraciətin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin onlayn şəkildə toplanması və nəticədə elektron icazənin alınmasınadək bütün proses əyani formada təqdim edilib. Bildirilib ki, hazırda Komitə tərəfindən sistemin daha da təkmilləşdirilməsi və hər bölmənin ölkə üzrə tətbiq olunması istiqamətində işlər davam etdirilir.

Həmçinin görüşdə şəhərsalma nəzarətinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb, yeni tikilən yaşayış binalarının şəhərin ümumi görünüşünə xələl gətirməməsi üçün fasad pasportunun yaradılmasının önəmindən, ictimai nəzarətin özbaşına tikinti işlərinə təsir gücündən danışılıb.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək qeydə alınıb, sistemin imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13.07.2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın yaradılmasında məqsəd ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirərək beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaqdır. Bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaq üçün və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədi ilə Komissiya tərəfindən 19 işçi qrupu yaradılıb. Bunlardan biri də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupudur.



Bütün xəbərlər