Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

COP29: Dayanıqlı və ekoloji cəhətdən sağlam şəhərlərin inkişafı üçün maliyyələşmə mexanizmləri müzakirə olunub
COP29: Dayanıqlı və ekoloji cəhətdən sağlam şəhərlərin inkişafı üçün maliyyələşmə mexanizmləri müzakirə olunub

COP29-da Şəhərsalma Günündə dəyirmi masa ətrafında şəhərləri dayanıqlı və az karbon emissiyalı inkişaf mərkəzlərinə çevirmək üçün innovativ maliyyələşmə mexanizmlərinin əhəmiyyəti müzakirə edilib.

 

Vurğulanıb ki, yaşıl infrastruktur, binaların enerji səmərəliliyi və təbii əsaslı həllərə edilən investisiyalar emissiyaları azaltmaqla yanaşı, həyat keyfiyyətini də yaxşılaşdırır.

 

Görüşdə Komitə sədri Anar Quliyev Azərbaycanın təcrübəsini bölüşüb. O, dövlət və özəl sektor tərəfdaşlıq modeli vasitəsilə Böyük Qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərin bərpası üçün özəl investisiyaların cəlb edildiyini və iqlim problemlərinə davamlı şəhərlər yaradıldığını diqqətə çatdırıb.

 



Bütün xəbərlər