Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İrpen şəhərinə səfər edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İrpen şəhərinə səfər edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti və ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev İrpen şəhərinə səfər edib

Əvvəlcə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva adına Dostluq Parkındakı abidəsi ziyarət edib, önünə gül dəstələri qoyularaq əziz xatirəsi hörmət və ehtiramla anılıb. 

Daha sonra İrpen şəhər Şurasının hərbi əməliyyatlar nəticəsində xeyli ziyan dəyən akademik Zərifə Əliyeva adına İrpen “Dilçi” Humanitar Liseyi ziyarət edilib. 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xeyriyyə yardımı sayəsində liseyin dam örtüyü və pəncərələri dəyişdirilib, sinif otaqlarında cari təmir işləri aparılıb, istilik sistemi yenilənib. Hazırda SOCAR-ın vəsaiti ilə lisey binasının fasadının izolyasiyası işləri davam etdirilir, həmçinin sığınacağın təmiri də nəzərdə tutulub.

Nümayəndə heyəti tərəfindən gün ərzində həmçinin İrpen Tibb Mərkəzinə, hərbi əməliyyatlar nəticəsində binası tamamilə yanan Mərkəzi Mədəniyyət Evinə, bir hissəsi tamamilə dağılmış İrpen Uşaq-Gənclər İdman Məktəbinə, İncəsənət Mərkəzinin tikilməsi planlaşdırılan əraziyə, yaşayış kompleksinin yenidən qurulacağı sahəyə baxış keçirilib. 

Eyni zamanda, Azərbaycan nümayəndə heyətinin İrpen şəhər Şurasının rəhbəri ilə görüşü baş tutub və İrpendə şəhərsalma sahəsindəki layihələrin ilkin qiymətləndirilməsi məsələləri geniş müzakirə edilib.



Bütün xəbərlər