Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirini qəbul edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirini qəbul edib

25 yanvar 2022-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının İcraçı direktoru Tobias Baumanı qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikasının aidiyyəti təşkilatları arasında müxtəlif istiqamətlərdə, o cümlədən ərazi planlaşdırılması sənədlərinin hazırlanması sahəsində formalaşmış etibarlı tərəfdaşlıq əlaqələri, uğurlu işbirliyi ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Almaniyanın nüfuzlu şəhərsalma və memarlıq şirkətlərinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma layihələrində iştirakı imkanları müzakirə edilib.  



Bütün xəbərlər