
Komitə sədri Anar Quliyev Moldovalı həmkarı ilə görüşüb
Aprelin 9-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ilə Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea arasında görüş keçirilib.
Komitə sədri ərazilərin planlaşdırılması, şəhərsalma və memarlıq sahəsində Azərbaycanda həyata keçirilən sistemli islahatlar, dayanıqlı və inklüziv şəhərlərin yaradılması, tikintiyə icazə icraatının rəqəmsallaşdırılması üzrə yerli təcrübəni bölüşüb.
Görüşdə memarlıq, şəhərsalma və ərazi planlaşdırılması sahəsində ikitərəfli əlaqələrin perspektivləri də müzakirə edilib, Moldova tərəfi bu sahədə qarşılıqlı faydalı əməkdaşlığın önəmini vurğulayıb.
Bütün xəbərlər