Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Sessiya çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması üçün çoxsəviyyəli idarəetmə” mövzusunda xüsusi tədbir təşkil olunub
Sessiya çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması üçün çoxsəviyyəli idarəetmə” mövzusunda xüsusi tədbir təşkil olunub

UN-Habitat Assambleyasının Nayrobidə keçirilən İkinci sessiyası çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev iştirak edib.

 

İtaliya Respublikasının təşəbbüsü ilə keçirilən tədbirin əsas məqsədi DİM-lərin lokallaşdırılmasına dair qətnamənin icrası istiqamətində milli səviyyədə dayanıqlı inkişafın təmin olunması və çevik transformasiyaların həyata keçirilməsi üçün çoxsəviyyəli idarəetmə, potensialın artırılması və innovativ tərəfdaşlıqların vacibliyini vurğulamaqdır. Həmçinin tədbir UN-Habitatın 2026–2029-cu illəri əhatə edən yeni Strateji Planının icrası üçün üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

 

Tədbir çərçivəsində 2024-cü ildə istifadəyə verilmiş “DİM-lərin Lokallaşdırılması üzrə Tərəfdaşlıq Platforması” təqdim olunub.

 



Bütün xəbərlər