Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

UN-Habitat-ın icraçı direktorunun Bakı səfəri: Paytaxtın şəhərsalma və ekoloji transformasiya layihələri yüksək qiymətləndirildi
UN-Habitat-ın icraçı direktorunun Bakı səfəri: Paytaxtın şəhərsalma və ekoloji transformasiya layihələri yüksək qiymətləndirildi

COP29 çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudia Rosbax Bakını gəzərək, paytaxtın zəngin tarixini və gələcəyini şərtləndirən bəzi strateji şəhərsalma, mədəniyyət və ekoloji transformasiya layihələri ilə tanış olub.

 

Xanım Rosbax Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə birlikdə YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısında olan qədim İçərişəhər, dünya memarlıq incisi - Heydər Əliyev Mərkəzi və keçmiş sənaye ərazilərinin ekoloji sağlamlaşdırılması, kompleks planlaşdırma və inkişaf nümunəsi olan “Ağ Şəhər”, əhaliyə mənzil əlçatanlığını təmin edən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksi və şəhərin “ağciyərləri” rolunu oynayan yeni ictimai məkan – Mərkəzi Park layihələrini ziyarət edib.

 

Ali qonaq tarixi-memarlıq irsinin qorunub-yaşadılması, insanyönümlü şəhərsalma həlləri, iqlim və şəhər gündəlikləri məsələlərinin əlaqəli və kompleks həlli istiqamətində Azərbaycanın həssas yanaşmasını və uğurunu yüksək qiymətləndirib, Bakının yeni Baş Planı əsasında davam etdiriləcək transformasiya və inkişaf layihələrinin müvəffəqiyyətinə inandığını bildirib.

 

UN-Habitat-ın icraçı direktoru 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) minlərlə beynəlxalq iştirakçıya dayanıqlı və sağlam şəhərlərin inkişafı sahəsində Azərbaycanın nailiyyətləri ilə tanış olmaq üçün gözəl fürsət olacağında əminliyini ifadə edib.

 



Bütün xəbərlər