Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Komitə) 2019-cu ilin tələbatı üçün Lot-1 Dəftərxana və təsərrüfat mallarının, Lot-2 Mətbəə işlərinin, Lot-3 İdarənin xərcləri ilə bağlı mal-materialların, Lot-4 Avadanlıqların və Lot-5 Digər maşın və avadanlıqların satın alınması ilə əlaqədar kotirovka sorğusu elan edir.
Satınalma prosedurunda iştirak etmək istəyənlər vergi və rüsumları nəzərə almaqla təkliflərini möhürlənmiş bağlı zərfdə 01.04.2019-cu il tarixində saat 18.00-a kimi Komitəyə təqdim edə bilərlər. Zərflərin açılış proseduru 02.04.2019-cu il saat 11:00-da Komitənin iclas zalında keçiriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Satınalmalarla bağlı ödənişlər ayrılmış vəsaitə uyğun köçürmə yolu ilə həyata keçiriləcəkdir.
Satınalma prosedurlarının şərtləri barədə məlumat almaq üçün (012) 493-34-67 (daxili 182) nömrəli telefonla əlaqələndirici şəxs Elçin Kazımlıya müraciət oluna bilər. Ünvan: Bakı şəhəri, Füzuli küçəsi, 65.