Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Aparatın saxlanılması üçün 2020-ci il tələbatı üzrə ayrılmış vəsait hesabına Lot-3 “Maşın və avadanlıqlar”ın satınalınması ilə əlaqədar kotirovka sorğusu elan edir.

Satınalma prosedurunda iştirak etmək istəyənlər vergi və rüsumları nəzərə almaqla təkliflərini möhürlənmiş, bağlı zərfdə 15.04.2020-ci il tarixində saat 12.00-a kimi Komitəyə təqdim etməlidirlər. Zərflərin açılış proseduru 15.04.2020-ci il tarixində saat 15:00-da Komitənin iclas zalında keçiriləcəkdir.

Satınalmalarla bağlı ödənişlər ayrılmış vəsaitə uyğun köçürmə yolu ilə həyata keçiriləcəkdir.

Satınalma prosedurlarının əsas şərtləri barədə məlumat almaq üçün (+994 12) 595-13-50 (daxili 182) nömrəli telefonla əlaqələndirici şəxs Elçin Kazımlıya müraciət oluna bilər.

Ünvan: AZ 1014, Bakı şəhəri, Füzuli küçəsi, 65.

 

Tender komissiyası