Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev mart ayının 10-da Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493 34 67, (+994 12) 595 13 50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.