Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri əsasında “Goranboy, Gədəbəy və Astara şəhərlərinin baş planlarının tərtibi” işlərinin satın alınması üzrə aşağıdakı Lotlardan ibarət açıq tender keçirir:

Lot 1. “Goranboy şəhərinin baş planının tərtibi”;

Lot 2. “Gədəbəy şəhərinin baş planının tərtibi”;

Lot 3. “Astara şəhərinin baş planının tərtibi”.

Baş  planların tərtibi işləri müəyyən olunmuş qrafik əsasında 24 ay ərzində hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir.

Görüləcək işlərin tərkibi və həcmi haqqında ətraflı məlumat Layihə tapşırığında verilir.

Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq tenderin əsas şərtlər toplusunu DŞAK-ın aşağıda qeyd olunmuş hesabına bir lot üçün 200 (iki yüz) AZN məbləğində iştirak haqqını ödədikdən və tenderdə iştirak etmək üçün ərizə ilə müraciət etdikdən sonra bu elanda göstərilmiş ünvandan əlaqələndirici şəxsdən ala bilərlər:

VÖEN: 1400032621

Hesab№  AZ73CTRE00000000000002278501

Bankın rekvizitləri:

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir Hesab № AZ41NABZ01360100000000003944

S.W.İ.F.T. BİK. CTREAZ22

Təsnifat kodu:142340

Səviyyə kodu: 7

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. Ödəniş sənədində məqsədli

maliyyələşmə olması göstərilməlidir.

Tenderdə iştirak edən iddiaçının baş plan və ümumi  planlaşdırma sənədlərinin hazırlanması sahəsində texniki imkanlarının, işçi qüvvəsi və onların peşəkarlığının, idarəetmə səriştəsi, təcrübəsi və satınalma müqaviləsini bağlamaq səlahiyyətinin, vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, son on ildə ən azı bir baş plan və ya ümumi plan layihəsinin işlənib hazırlanması sahəsində təcrübənin olması tələb olunur.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər 29 iyul 2019-cu il tarixində yerli vaxtla saat 16:00-dək, Komitəyə aşağıda qeyd edilmiş sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün ərizə;

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi (əsli);

-iştirakçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iştirakçının son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-iştirakçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iştirakçının vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamasına dair müvafiq rayon vergilər idarəsi və dövlət sosial müdafiə fondu tərəfindən verilmiş arayışlar;

-müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;

-Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bidirişi üzrə Elektron İnformasiya Sistemindən işçilərinin orta siyahı sayı və sahibkarlıq subyektinin orta illik gəliri barədə müvafiq məlumatları əks etdirən sənəd;

-müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyanın surəti.

-İddiaçılar tender təklifi və tender təklifi qiymətinin 1 (bir) faizi həcmində bank təminatını bağlanmış, imzalanmış və möhürlənmiş ikiqat zərfdə 06 avqust 2019-cu il tarixində yerli vaxtla saat 18:00 kimi, Bakı şəhəri, Füzuli küçəsi, 65 ünvanında yerləşən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etməlidirlər.

İddiaçı öz tender təklifində satınalma müqaviləsi ilə əlaqədar tətbiq olunacaq bütün növ vergiləri (ƏDV daxil olmaqla) nəzərə almalıdır.

İddiaçının texniki və maliyyə təkliflərindən ibarət tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır, tender təklifi ilə birlikdə təqdim olunan tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatının qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır.

Sənədlər Azərbaycan dilində, iki nüsxədə (əsli və surəti olmaqla) tərtib edilməlidir.

İddiaçılar bu tenderin əsas şərtlər toplusunda göstərilmiş keyfiyyət və qiymət seçim üsuluna (KQS) əsasən seçiləcəkdir. İddiaçıların təklifinin qiymətləndirilməsi zamanı satınalan təşkilat xarici iddiaçıların tender təklifləri (idxal olunan mallar, işlər və xidmətlər üzrə) ilə müqayisədə yerli iddiaçıların tender təkliflərinin (mallar, işlər və xidmətlər üzrə)  xeyrinə 20 faizə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir.

Göstərilən vaxtdan gec təqdim edilmiş tender təklifinin zərfləri açılmadan geri qaytarılacaqdır.

İddiaçıların tender təklifləri olan zərflərin açılışı 07 avqust 2019-cu il tarixində yerli vaxtla saat 16:00-da Bakı şəhəri, Füzuli küçəsi, 65, III mərtəbədə yerləşən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iclas zalında keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Açıq tender elanı rəsmi internet saytında yerləşdirilmişdir.

Tender haqqında əlavə məlumat almaq üçün:

Telefonlar: 595-89-34 əlavə 182

Əlaqələndirici şəxs - E.Kazımlı                

Tender komissiyas