Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına Qeyri-maddi aktivlər xərc maddəsi üzrə Proqram təminatlarının satın alınması üçün elektron satınalma vasitəsilə bir lotdan ibarət açıq tender keçirir.

Lot üzrə tələb olunan proqram təminatları satınalma müqaviləsi ilə müəyyən edilən qaydada və qrafik əsasında iki ay müddətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməlidir. 

Satın alınacaq malların xüsusiyyətləri və miqdarı haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunun 8-ci bölməsində verilmişdir.

Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq tenderin əsas şərtlər toplusunu 100 (bir yüz) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunmuş hesaba ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı (PORTAL) vasitəsilə əldə edə bilərlər.

VÖEN: 1400032621

Hesab AZ73CTRE00000000000002278501

Bankın rekvizitləri:

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir Hesab AZ41NABZ01360100000000003944

S.W.İ.F.T. BİK. CTREAZ22

Təsnifat kodu: 142330

Səviyyə kodu: 7

Qeyd: Ödəniş tapşırığının ödənişlə əlaqədar əlavə informasiya bölümündə büdcə təsnifatının (142330) və büdcə səviyyəsinin (7) kodunu qeyd etmək vacibdir.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənin ixtisasına dair tələblər:

Malgöndərənin satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının, satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması, vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması tələb olunur.

Üstünlük verilən meyarlar:

Təklif olunan proqram təminatlarının 70%-i üzrə iddiaçının adına verilən istehsalçıdan (və ya rəsmi nümayəndəsindən) icazə forması (MAF) sənədi və ya sertifikatı olan, proqram təminatlarına bir il müddətinə 7/24 saat texniki dəstək təklif edən, son bir ildə analoji malların təqdim edilməsində üzrə  10 və daha çox satınalma müqaviləsi olan malgöndərənlərə üstünlük verilir.  

Tələb olunan sənədlər:

Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər 26 avqust 2020-ci il tarixində yerli vaxtla saat 16:00-dək aşağıda qeyd edilmiş sənədləri dövlət satınalmalarının vahid internet portalı (PORTAL) vasitəsilə Komitəyə təqdim etməlidirlər:

1. tenderdə iştirak etmək üçün ərizə;

2. iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

3. iştirakçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4. satınalma müqaviləsini imzalamaq səlahiyyətinin olması barədə sənəd;

5. iştirakçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

6. iştirakçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. iştirakçının vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair müvafiq rayon vergilər idarəsi tərəfindən verilmiş arayış;

8. iddiaçının mikro, kiçik və orta sahibkar olduğunun müəyyənləşdirilməsi üçün işçilərin orta siyahı sayı” və illik gəlir göstəriciləri barədə məlumatlar.

9. müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış.

İddiaçılar 03 sentyabr 2020-ci il tarixində yerli vaxtla saat 16:00-dək:

1. texniki və maliyyə təkliflərindən ibarət tender təklifini (qüvvədə olma müddəti zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü olmalıdır);

2. tender təklifi qiymətinin 1 %-i həcmində bank təminatını (qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır)  PORTAL vasitəsilə  təqdim etməlidirlər.

İddiaçı öz tender təklifində satınalma müqaviləsi ilə əlaqədar tətbiq olunacaq bütün növ vergilər və digər ödənişləri (ƏDV daxil olmaqla) nəzərə almalıdır.

Tender təklifi azərbaycan manatı ilə verilməlidir.

Tenderin qalibi bu tenderin əsas şərtlər toplusunda göstərilmiş qiymətləndirmə meyarlarına əsasən seçiləcəkdir. İddiaçıların təklifinin qiymətləndirilməsi zamanı satınalan təşkilat tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edəcəkdir.

İddiaçıların tender təklifləri olan zərflərin açılışı 04 sentyabr 2020-ci il tarixində yerli vaxtla saat 16:00-da Tender komissiyasının iclasında PORTAL üzərindən keçiriləcəkdir.

İddiaçılar açılışın nəticələri ilə PORTAL vasitəsilə tanış ola bilərlər.

Tender prosedurunda bütün yazışmalar PORTAL vasitəsilə aparılacaqdır.

Əlavə məlumat almaq üçün (012) 493-34-67 (daxili 182) nömrəli telefonla əlaqələndirici şəxs Elçin Kazımlıya müraciət oluna bilər.  

 

Tender komissiyası