Elektron müraciət sistemi, barəsində icazə tələb olunan, lakin ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi üçün nəzərdə tutlmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və məlumatlandırma icraatının tətbiq olunduğu fərdi yaşayış evlərin tikintisinə icazənin alınması tələb olunmur. Bunun üçün sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq yerli icra hakimiyyəti orqanına məlumat verir və qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər.