Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.01.2015-ci il 6 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 1.4 - cü bəndinə əsasən müfəssəl plan olmadıqda şəhərsalma əsaslandırılması tikintiyə icazə üçün əsasdır.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında 29 iyun 2012-ci il, № 392-IVQ Azərbaycan Respublikasının Qanunu - Məcəllə qüvvəyə minənədək torpaq islahatı ilə bağlı torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada kənd ərazilərində naturada işlənilmiş və təsdiq edilmiş yerquruluşu planları müfəssəl planlara bərabər sayılır.