Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Bakı şəhərinin Baş Planı layihəsi beynəlxalq mükafata layiq görülüb
Bakı şəhərinin Baş Planı layihəsi beynəlxalq mükafata layiq görülüb
Bakı şəhərinin Baş Planı layihəsi beynəlxalq mükafata layiq görülüb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Bakı şəhərinin Baş Planı Beynəlxalq Şəhər və Regional Planlaşdırma Cəmiyyətinin (ISOCARP - The International Society of City and Regional Planners) “Mükəmməliyə görə” mükafatına layiq görülüb. Sözügedən mükafat 85-dən çox ölkədən 700-dən çox fərdi və institusional üzvü özündə birləşdirən, tanınmış və peşəkar şəhərsalma mütəxəssislərinin qeyri-hökumət qlobal birliyi olan “ISOCARP” tərəfindən Brüssel şəhərində keçirilən növbəti “Dünya Planlaşdırma Konqresi” zamanı təqdim edilib. Tədbirə müxtəlif ölkələrdən ümumilikdə 500 nəfərə yaxın nümayəndə heyəti qatılıb.  
Konqresdə Azərbaycan Respublikası adından Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud iştirak edib. Təqdimat mərasimində çıxış edən Rüfət Mahmud tədbir təşkilatçılarına, həmçinin layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, Bakının Baş Planı layihəsinin hazırlanma prosesi haqqında ətraflı məlumat verib. Bildirib ki, Komitənin əməkdaşlığa cəlb etdiyi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti ilə birlikdə işlənilmiş Bakı şəhərinin yeni Baş Plan konsepsiyasında paytaxtın 2040-cı ilədək olan dövr üçün inkişaf prioritetləri müəyyən olunub. Tədbirdə Bakı şəhərinin Baş planı haqqında təqdimat nümayiş olunub. 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanan Bakı şəhərinin Baş Planı layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və tezliklə təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Sənəd paytaxtın 213500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan dövr üçün şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Bundan başqa, sənədə əsasən ekoloji durumun yaxşılaşdırılması istiqamətində çirklənmiş ərazilərin sağlamlaşdırılması, yaşıllıqların artırılması, əhalinin mobilliyini təmin edən çoxnövlü nəqliyyat sisteminin yaradılması üzrə təklif edilən tranzit qovşaqları, küçə-yol şəbəkəsi və “yaşıl hibrid dəhlizlər” üzrə həllər, şəhərin tarixi simasının qorunub saxlanılması məqsədi ilə xüsusi mühafizə zonasının yaradılması kimi tədbirlərin görülməsi planlaşdırılmışdır. 



All news