Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növb...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti birgə ağacəkmə aksiyası keçirildi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti birgə ağacəkmə aksiyası keçirildi

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti birgə ağacəkmə aksiyası keçirib. Aksiya paytaxtın Nərimanov rayonu, Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca ayrılmış ərazidə təşkil edilib. Hər iki qurumun rəhbərləri və əməkdaşları tərəfindən adıçəkilən ərazidə eldar şamı, kiparis və digər ağaclar əkilib. Qeyd edək ki, ağacəkmə aksiyasından əvvəl ərazi yararsız tullantılardan təmizlənib.

Zəngin təbii sərvətlərə və unikal təbiətə malik olan Azərbaycanda Ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də, təbii sərvətlərdən səmərəli istifadə məsələləri hər zaman diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, məhz Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm, qərarlar, qanunlar qəbul edilmiş və ekoloji durumun yaxşılaşdırılması prioritet məqsədlərdən biri kimi müəyyən edilmişdir. Bu siyasətin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu gün ölkəmizin ekoloji durumunun sağlamlaşdırılmasına xüsusi diqqət göstərilir və ölkəmizin yaşıllaşdırılması, həmçinin ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində  sistemli şəkildə müxtəlif layihələr həyata keçirilir.  

Ulu öndərin doğum günü münasibətilə keçirilən bu iməclik, küçə boyunca əkilən yeni ağac tingiləri və ərazinin yaşıllaşdırılması paytaxt Bakıda ekoloji tarazlığın bərpası və şəhərin daha da gözəlləşdirilməsi istiqamətində görülən silsilə tədbirlərin davamıdır. Dövlət qurumlarının iştirakı ilə keçirilən bu növ tədbirlər Bakı şəhərində yaşıllıq sahələrinin genişləndirilməsinə, əlavə “yaşıl” istirahət məkanlarının yaradılmasına, sağlam ekoloji mühitin formalaşmasına və paytaxtın estetik görünüşünün daha da yaxşılaşmasına istiqamətlənir, eləcə də insanlar arasında təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verir və ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.



All news