Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • İqlim Fəaliyyəti Həftəsi çərçivəsində bu gün dayanıqlı şəhərsalma məsələləri müzakirə edilib
İqlim Fəaliyyəti Həftəsi çərçivəsində bu gün dayanıqlı şəhərsalma məsələləri müzakirə edilib
İqlim Fəaliyyəti Həftəsi çərçivəsində bu gün dayanıqlı şəhərsalma məsələləri müzakirə edilib

Azərbaycanda ilk dəfə təşkil olunan İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin açılışını etdiyi “Şəhər konteksti - Tikinti mühiti, risklər və dayanıqlılıq” adlı sessiya keçirilib.

 

Komitə sədri Anar Quliyev müzakirələrdə əsas diqqəti COP29 Sədrliyi tərəfindən irəli sürülən “İqlimə Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət” (MAP) təşəbbüsünə çəkib.

 

O, dayanıqlı urbanizasiya və şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılması Azərbaycan Hökumətinin milli inkişaf siyasətinin əsas tərkib hissələrindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Bakının 2040-cı ilə qədər olan Baş Planının hazırlanması, həmçinin “sıfır tullantı zonaları” elan edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən uğurlu layihələr məhz şəhərsalmada yeni yanaşmanı formalaşdırır.



All news