Bakı Dövlət Layihə İnstitutu 1937-ci ildə yaradılmışdır. Yarandığı gündən layihələndirmə fəaliyyəti ilə məşğul olmuş və bu müddət ərzində Bakının şəhərsalma problemlərinin həllini vermiş, mühəndis və nəqliyyat infrastrukturlarının sxem və layihələrini hazırlamışdır. Bakı şəhərinin 2005-ci ilə qədər nəzərdə tutulmuş Baş planını hazırlamış və onun müəllifidir.
İnstitutun fəaliyyət istiqaməti regional planlaşdırma layihələri, Baş planların, müfəssəl planlaşdırma layihələri, yaşayış rayonlarının tikinti layihələri, yaşayış və mülki binaların layihələri, mühəndis kommunikasiya və nəqliyyat infrastruktur layihələrin işlənməsi, ətraf mühitin mühafizəsi, ekologiya, dendoroloqiya, drenaj və s., geodozik və geoloji tədqiqatların və işlərin aparılması, texniki iqtisadi əsaslandırmanın aparılması, layihələndirmənin idarə olunması və müəllif nəzarətinin həyata keçirilməsi kimi işlər olmuşdur.