Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 19 mart tarixli fərmanı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosu və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılıb. Eyni fərmanla Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi və mərkəz tərəfindən göstəriləcək ödənişli xidmətlərin siyahısı təsdiqlənib.
Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin fəaliyyət istiqamətləri şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməkdən ibarətdir.
Rəsmi internet səhifə: http://merkez.arxkom.gov.az/az