
Anar Quliyev Yüksək Səviyyəli Siyasi Forum çərçivəsində Slovakiya Respublikasının Baş nazirinin müavini və Ətraf mühit naziri Tomaş Taraba ilə görüş keçirib
Görüşdə Anar Quliyev COP29 çərçivəsində keçirilən Şəhərsalma Günündə göstərdiyi fəallıq və verdiyi dəyərli töhfəyə görə cənab Tarabaya təşəkkürünü bildirib.
Slovakiyanın Azərbaycanın bərpa işlərində, o cümlədən Ağdam rayonunun Qərvənd kəndində həyata keçirilən “ağıllı” kənd layihəsində iştirakı müzakirə edilib, həmçinin mənzil və tikinti sektorları üzrə fikir mübadiləsi aparılıb.
Sonda Komitə sədri Slovakiyalı həmkarlarını 2026-cı ilin may ayında Bakıda keçiriləcək WUF13 və 2025-ci ilin oktyabrında Şuşada baş tutacaq 3-cü Azərbaycan Milli Şəhərsalma Forumuna dəvət edib.