Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • BMT-də COP29-un “Fəaliyyət Gündəliyi”nin bir hissəsi olan “İqlimə Dayanıqlı və Sağlam Şəhərlər üçü...
BMT-də COP29-un “Fəaliyyət Gündəliyi”nin bir hissəsi olan “İqlimə Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət” (MAP) təşəbbüsü təqdim olunub
BMT-də COP29-un “Fəaliyyət Gündəliyi”nin bir hissəsi olan “İqlimə Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət” (MAP) təşəbbüsü təqdim olunub

Sentyabrın 23-də BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsi çərçivəsində COP29 Sədrliyi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və “Davamlılıq üçün Yerli Hökumətlər” (ICLEI) təşkilatının birgə təşkilatçılığı ilə COP29-un “Fəaliyyət Gündəliyi”nin bir hissəsi olan “İqlimə Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət” (MAP) təşəbbüsü təqdim olunub.

 

Tədbirdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rozbax, COP29-un Baş Danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi bölməsinin direktoru Sesiliya Kinusiya-Nyenqa çıxış edərək sözügedən təşəbbüs barədə ətraflı məlumat veriblər.

 

Komitə sədri Anar Quliyev noyabrın 20-də COP29 çərçivəsində Şəhərsalma Günündə Nazirlər Toplantısının keçiriləcəyini və toplantıda bu təşəbbüsə qoşulmaq barədə Bəyannaməni imzalamaqla gələcək nəsillər üçün daha dayanıqlı və sağlam şəhərlərə dair mühüm addım atmağa nail olunacağını qeyd edib.

 

 



Bütün xəbərlər