Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai şuraya seçkilər başa çatıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuraya 11 sentyabr 2021-ci il tarixində gizli səsvermə yolu ilə seçkilər keçirilib. Vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 18 namizəd arasından səs çoxluğu ilə 11 nəfər Şuraya üzv seçilib. Beləliklə, başa çatmış seçkilərin nəticələrinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şura aşağıdakı tərkibdə formalaşıb:
1. Abdullayev Hüseyn Natiq oğlu (“Azərbaycan Könüllülər” İB);
2. Bayramov Toğrul Şahin oğlu (“Ulduz İnformasiya Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə” İB);
3. Eyvazov Valeh Əsgərxan oğlu (Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İB);
4. İmaməliyev Nəriman Məcid oğlu (Uğur Gənclərin Maarifləndirilməsi İB);
5. Qasımzadə Elbay Ənvər oğlu (Azərbaycan Memarlar İttifaqı);
6. Quliyev Faiq Qubat oğlu (Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək İB);
7. Məmmədova Gülçöhrə Hüseyn qızı (İnsan Hüquqları və Maarifçilik İB);
8. Novruzova Rəna Məmməd qızı (Dünya Ana və Uşaqlar İB);
9. Novruzzadə Şeyda Natiq qızı (Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İB);
10. Vəliyev Anar Məhəmməd oğlu (Lira Gənc İstedadlar İB);
11. Şirinov Elçin Vaqif oğlu (“Gənc Memarlar” Vətəndaş təşəbbüs qrupu).
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “İctimai Şura” Komitənin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə yaradılıb.